Azərbaycan idmançısı çıxışını başa vurub - Pekin-2022

09:38 10.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022 Qış Olimpiya Oyunlarında çıxışını başa vurub.

Apasport.az saytının məlumatına görə, milliləşən rusiyalı idmançı bu gün sərbəst proqramla buz üzərinə çıxıb.

Onun çıxışı 155,04 xalla dəyərləndirilib. Təmsilçimiz iki proqramın cəmində 239,19 xal toplayıb.

Litvintsev yarışı başa vuran 19 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Yarış qısa proqramdan sonra ilk 5 sırada yer alanların çıxışı ilə yekunlaşacaq.